Yaponiyada təsirli olan “Şanşan” qasırğası güclü yağışlara və torpaq sürüşməsinə səbəb olub. İlkin məlumata görə, 3 nəfər ölüb, 40 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Kyodo News"un məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi rəsmiləri "Şanşan" qasırğasının ölkənin cənubunda təsirli olduğunu bildirib.
Səlahiyyətlilər, güclü yağış və küləyin təsirli olduğu Kaqoşima, Kumamoto və Miyazaki əyalətlərində ilkin məlumatlara görə, 40 nəfərin yaralandığını bildirib. Səlahiyyətlilər tayfun səbəbi ilə Aiçi əyalətində baş verən sürüşmədə 3 nəfərin həyatını itirdiyini açıqlayıb və bölgə sakinlərinə baş verə biləcək təbii fəlakətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib. Səlahiyyətlilər bəzi bölgələrdə qatarların və reyslərin ləğv edildiyini, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB