Kadırovun bu oğlu da medalla təltif edildi...

Kadırovun bu oğlu da medalla təltif edildi...

...Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, “Axmat” idman klubunun direktoru Eli Kadırov “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublika hökumətinin sədri Maqomed Daudov Telegram kanalında yazıb.

Daudov Elini təbrik edib və onun yüksək mükafata layiq görüldüyünü vurğulayıb.

...Öz fədakarlığı və zəhməti sayəsində Eli idmanın inkişafına və idmançıların hazırlanmasına mühüm töhfə verir.

Bunu Maqomed Daudov deyib.

Xtırladaq ki, bundan əvvəl Ramzan Kadırovun oğlu, Çeçenistan rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri postunu tutan Adam respublikanın ali mükafatı olan Kadırov ordeni ilə təltif edilib.

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Adəmi təbrik edib və onu “vətənin əsl vətənpərvəri” adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə