Ulyanovskda yanan "Versal"dan iki yüz nəfər təxliyə edilib

Ulyanovskda yanan "Versal"dan iki yüz nəfər təxliyə edilib

...Rusiyanın Ulyanovsk şəhərindəki “Versal” ticarət mərkəzində fövqəladə vəziyyət yaşanıb. Belə ki, binada baş verən yanğın səbəbindən ziyarətçilər və işçilər təxliyyə edilməli olublar.

SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Ulyanovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, 200-ə yaxın insan ticarət mərkəzini özbaşına tərk edib.

RİA Novosti-nin verdiyi məlumata görə, Dvortsovaya küçəsində yerləşən “Versal” ticarət mərkəzində yanğınla bağlı məlumat Moskva vaxtı ilə saat 18.59-da daxil olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının episentrini - mətbəxdə ventilyasiya şaxtasında baş vermiş hadisəni aşkar ediblər.

Yanğın tez bir zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə