Fransa XİN Pavel Durovun vətəndaşlığına qarşı iddialar irəli sürür
...Fransa Xarici İşlər Nazirliyi Telegram-ın yaradıcısı Pavel Durovun vətəndaşlıq alması prosedurundan şikayətlənir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Le Monde yazır.
Nazirliyin sözlərinə görə, idarə “görkəmli vətəndaş”a pasport verilməsi şərtlərini yerinə yetirilməmiş hesab edib.
SİA-nın bayaq da yazdığı kimi, Durov Fransa pasportunu almamışdan əvvəl Emmanuel Makronla bir neçə dəfə gizli görüşüb.
...Fransada “görkəmli əcnəbilərə” vətəndaşlıq verilməsi proseduru ölkə pasportunun “Fransa təsirinin artmasına töhfə verən” şəxslərə verilməsinə imkan verir.
Texniki baxımdan prosedur Xarici İşlər Nazirliyi tərəfindən işə salınır, amma praktikada, nəşrin yazdığı kimi, nüfuzlu əcnəbilərin vətəndaşlığa verilməsi Fransa vətəndaşlığının təmin edilməsindən faydalanmaq üçün yüksək vəzifəli məmurlar - nazirlər və ya prezident tərəfindən tələb olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB