Kadırov Ukraynaya, döyüşə göndərilən çeçenlərin sayını şişirdir..?
...Çeçenistan hakimiyyəti mütəmadi olaraq respublikanın Ukraynaya genişmiqyaslı işğalda iştirak etmək üçün göndərdiyi hərbi personalın sayı barədə məlumat verir.
SİA-nın əldə etdiyi məlumata görə, “Novaya qazeta Europe” xəbər verir ki, bu rəqəmlər istifadə edilən hesablama metodologiyasına görə şişirdilir.
Hərbçilər şəxsən deyil, döyüş bölgəsinə “işgüzar səfərlərin” sayına görə hesablanır. Belə ki, ölkənin bütün bölgələrindən işə götürülən “könüllülər” dörd ay müddətinə qısamüddətli müqavilələr bağlayır, sonra müqavilələr yenilənir. Beləliklə, əgər hərbçi, məsələn, dördüncü müqaviləsində xidmət edirsə, o, dörd dəfə sayılır.
Çeçenistanın yerli sakinlərinə gəlincə, onlar üçün rotasiya sistemi var - onlar hər altı aydan bir bir-birini əvəz edirlər. Eynilə, hər bir sonrakı “işgüzar səfər” yenidən nəzərə alınır. Çeçenistandan Ukraynaya müharibəyə göndərilən döyüşçülərin həqiqi sayı nə qədərdir və onların nə qədərinin Çeçenistandan, nə qədərinin isə digər bölgələrin sakinləri olduğu bilinmir.
Yeri gəlmişkətən ötən həftə Rusiya prezidenti Vladimir Putin Çeçenistana səfəri zamanı Qudermesdə onun adını daşıyan “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti”nə baş çəkib. Bu səfərlə bağlı məlumat verən respublika rəhbəri Ramzan Kadırov bildirib ki, müharibə başlayandan indiyədək Ukraynadakı müharibədə iştirak etmək üçün orada 47 min döyüşçü, o cümlədən 19 mini “könüllü” hazırlanıb.
“Axmat-Çeçenistan” alayına respublika sakinlərindən və ölkənin hər yerindən “könüllülər” cəlb olunur – “xüsusi qüvvələr universiteti”ndə qısamüddətli təlim keçdikdən sonra cəbhəyə göndərilir..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB