Dilerdən 22 milyon rubl dəyərində avtomobil oğurlanıb

Dilerdən 22 milyon rubl dəyərində avtomobil oğurlanıb

Sankt-Peterburq polisi dilerlərin birindən bahalı avtomobilin oğurlanması faktını araşdırır.

SİA rus saytlarına istinadən xəbər verir k, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə avqustun 26-da günorta saatlarında Moskva rayonunda baş verib.

Polislə əlaqə saxlayan diler işçisi Şeremetyevskaya küçəsindəki 17 saylı evdən “Lexus LX-570” markalı avtomobilin qaçırıldığını bildirib. Dilerdə satışa çıxarılan lüks SUV-nin qiyməti 22 milyon rubl təşkil edir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, cinayət işinin başlanması məsələsi həll edilir.

Bundan əvvəl Sankt-Peterburqda bankdan bir milyard rubl dəyərində zinət əşyalarının oğurlandığı bildirilirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə