Rusiya "Pinterest"i cərimələyib

Rusiyada məhkəmə sosial media platformalarından biri olan "Pinterest"i 7 milyon rubl (təxminən 77 min dollar) cərimələyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) "Pinterest"ə qarşı qaldırdığı iddiaya paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə ölkədə qadağan olunmuş məzmuna "Pinterest" vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 7 milyon rubl cərimələyib.

Rusiyada oxşar pozuntulara görə "Telegram", "YouTube", "Twitch", "Facebook", "Instagram" və "Wikipedia"ya da müxtəlif cərimələr tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə