Belarus qırıcıları Ukrayna ilə sərhəddə getdikcə daha çox görünür

Belarus qırıcıları Ukrayna ilə sərhəddə getdikcə daha çox görünür

Belaruslulara Baranoviçdən Ukrayna ilə sərhədə uçan döyüş təyyarələrinin səslərinin niyə daha tez-tez eşidilməyə başladığı izah edildi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Naş kray”

qəzeti yazır.

Belə ki, yerli sakinlər uçan təyyarələrin səslərinin daha çox artdığını müşahidə ediblər. Baranoviçinin 61-ci Qırıcı Aviasiya Bazasında isə Ukrayna ilə sərhədə uçuşların intensivliyinin artdığını təsdiqləyiblər.

...Su-30SM qırıcıları ilə Cənub əməliyyat istiqamətinin dövlət sərhədi boyunca hava məkanında patrulun intensivliyi artırılıb.

Bunu Baranoviç aviabazasının nümayəndələri şərh ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə