AFAD Banqladeşdə daşqınlardan zərər çəkənlərə yardım paylayır

AFAD Banqladeşdə daşqınlardan zərər çəkənlərə yardım paylayır

Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) Banqladeşdə baş verən daşqınlardan zərər çəkənlərə yardım bağlamaları çatdırır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

AFAD-dan verilən açıqlamada Banqladeşdə avqustun 20-də baş verən daşqından zərər çəkmiş bölgələrdə humanitar yardım işlərinin fasiləsiz davam etdiyi bildirilib.

Açıqlamada bu ifadələrə yer verilib: "Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi fəlakətdən ən çox zərər çəkən Feni bölgəsindəki kəndlərə çaylar vasitəsilə çatdı. Yardım çərçivəsində 16 min 750 yardım bağlaması paylanacaq''.

Ölkədə 27 nəfərin ölümünə səbəb olan daşqından 4,5 milyon insan mənfi təsir göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə