Cənubi Afrikada avtobus aşdı - 10 nəfər həyatını itirdi

Cənubi Afrikada avtobus aşdı - 10 nəfər həyatını itirdi

Cənubi Afrika Respublikasının şimal-şərqində yerləşən Limpopo əyalətində sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkə mətbuatında yer alan məlumata görə, Zimbabvedən Yohannesburqa gedən sərnişin avtobusu yüksək sürətlə daxil olduğu Louis Trichardt şəhəri yaxınlığındakı kəsişmədə idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 5-i qadın olmaqla 10 sərnişin ölüb. Yaralılar təcili tibbi yardım maşını ilə müxtəlif xəstəxanalara aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə