Sel fəlakətindən əziyyət çəkən Banqladeşə Türkiyədən yardım

Sel fəlakətindən əziyyət çəkən Banqladeşə Türkiyədən yardım

Sel fəlakətindən əziyyət çəkən Banqladeşə Türkiyədən yardım olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan fikirlərini belə əsaslandırıb: "5 milyondan çox insanın təsir etdiyi bu böyük fəlakətə qarşı AFAD-ın koordinasiyasında bölgəyə yardımlarımızı çatdırırıq".

Yardımlarla bağlı sosial media hesabından açıqlama verən Ərdoğan bildirib: "Xüsusən də fəlakətdən ən çox zərər çəkən və yol nəqliyyatının kəsildiyi bölgələrdə ümumilikdə 16 min 750 yardım paketinin paylanmasına başladıq. İşlərimizi davam etdiririk. TİKA və Türk qeyri-hökumət təşkilatlarının dəstəyi ilə sıx şəkildə işləyirik".

Ərdoğan sözlərini belə davam etdirib: “Bölgədə həyata keçirdiyimiz yardım fəaliyyətləri ilə böyük dağıntılarla üzləşən Banqladeşli qardaşlarımızı tək qoymur, yaralarını sağaltmağa çalışırıq. Bu münasibətlə təbii fəlakətdə həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa diləyir, hər zaman dəstəklədiyimiz Banqladeşə şəfalar diləyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə