Bu arada “Cümhuriyyət” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir ki, Türkiyə Yunanıstan aviasiyası üzərində üstünlük əldə etmək üçün ABŞ-dan yeni nəsil “F-35” qırıcıları almaq istəyir.
Nəşrin məlumatına görə, Ankara “F-35”-lərin tədarükü proqramına qayıtmaq üzrə danışıqlar zamanı Vaşinqtona bildirib ki, hərbi təyyarələr əldə etmək naminə Rusiya tərəfdən alınan “S-400” hava hücumundan müdafiə sistemlərini işə salmayacaq.
Nəşr qeyd edir ki, Türkiyə bu kompleksləri Rusiya Federasiyasından 2,5 milyard dollara alıb, lakin onlar heç istifadəyə verilməyib və hələ də Türkiyənin anbarlarında saxlanılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Amerikanın Ankaradakı səfirliyinin yüksək vəzifəli nümayəndəsi bu məlumatı təkzib etməyib.
...İndi top Türkiyənin meydançasındadır, onlar “F-35”-in alınması üçün tələbləri yaxşı bilirlər.
Amerikalı səlahiyyətli bunu nəşrlə söhbətində deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB