İsrailin Livanın şərqindəki Baalbek şəhərində hərəkət edən yük maşınına pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi hücumda 1 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu Baalbek şəhərinin təxminən 16 kilometr şimalında yerləşən Resm əl-Hədes qəsəbəsində hərəkət edən yük maşınına PUA-dan atılan raketlə zərbə endirib.
Hücum nəticəsində bir nəfər yaralanıb. Səhiyyə Nazirliyindən verilən açıqlamada yüngül xəsarət alan şəxsə ilkin tibbi yardım göstərildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB