Hindistanın Qucarat və Racastan ştatlarında son 48 saat ərzində yağan güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 11 nəfər itkin düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Qucarat və Racastan ştatlarında üç gündür güclü yağışların təsirli olduğunu açıqlayıb.
Səlahiyyətlilər son 48 saat ərzində yağışlar nəticəsində 17 nəfərin öldüyünü, 11 nəfərin isə itkin düşdüyünü bildirib. Qucarat fəlakət idarəsi rəsmiləri təxminən 20 min insanın yağışlardan zərər çəkdiyini və 6 min insanın təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib. İki əyalətdə yağışdan təsirlənən bölgədəki bəndlərin çoxunun daşmasından sonra səlahiyyətlilər daşqın xəbərdarlığı edib. Bundan əlavə, hər iki ştatda yağışdan təsirlənən bölgələrdə məktəblər iki gün müddətinə bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB