Şimali Koreya lideri Kim Çen In yenilənmiş 240 mm-lik çoxşaxəli raket sistemlərinin (MLRS) sınaq atəşi mərasimində iştirak edib. SİA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“Sınaq atəşi yenilənmiş MLRS-in bütün parametrlərdə, o cümlədən rəhbərlik sistemi, idarəolunma qabiliyyəti və dağıdıcı gücdə üstünlüyünü bir daha təsdiqlədi", - agentliyin açıqlamasında deyilir.
Kim Çen In yenilənmiş MLRS üçün istehsal planına və onların qəbulu cədvəlinə riayət etməyin vacibliyini vurğulayıb.
Şimali Koreya son vaxtlar aktiv şəkildə yeni silahları, o cümlədən MLRS-i inkişaf etdirir. Keçən il Koreya Xalq Ordusu 600 mm-lik MLRS sistemləri aldı. Pxenyanın iddiasına görə, bu sistemlərdən taktiki nüvə silahlarının buraxılması üçün istifadə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB