Bu gün planetlərin BÖYÜK PARADIDIR

Bu gün planetlərin BÖYÜK PARADIDIR

Avqustun 28-də səhər 06:00 radələrində Planetlərin Paradını müşahidə etmək mümkün olacaq. SİA xəbər verir ki, Merkuri, Mars, Yupiter, Uran, Neptun və Saturn bir cərgəyə düzüləcək.

“Planetlərin paradı” rəsmi astroloji termin deyil, ona planetar düzülmə də deyilir. Astronomların fikrincə, altı planetin düzülməsi çox nadir hadisədir – bu astronomik fenomen 20 ildən bir baş verir.

Planetlərin paradı səhər saatlarında demək olar ki, hər yerdə görünəcək.

Avqustun 28-i bu fenomenin dünyanın bir çox yerində aydın şəkildə görünəcəyi ümumi tarixdir. Parad avqustun 28-dən əvvəlki və sonrakı günlərdə dəgörünəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə