Soçidən 33 km aralıda 3,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağı, 16 km dərinlikdə baş verib.
Eyni zamanda, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı zəlzələnin episentrindən Tuapseyə qədər 19 km aralıda olduğunu dəqiqləşdirib.
İnfrastruktur və həyat təminatı obyektləri normal işləyir, ölən və xəsarət alan yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB