Çexiyada İkinci Dünya müharibəsindən qalma bomba aşkarlanıb

Çexiyada İkinci Dünya müharibəsindən qalma bomba aşkarlanıb

Çexiyanın şərqindəki ən böyük və əhalinin sayına görə respublikanın Praqadan sonra ikinci ən böyük şəhəri olan Brnonun mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsindən qalma hava bombası aşkar edilib. Şəhər polisi yaxınlıqda yerləşən iki binanı boşaldıb və küçəni bağlayıb. Bu barədə SİA yerli mətbuata istinadla xəbər verir.

Sahəyə istehkamçılar çağırılıb. Qısa müddət ərzində təhlükəli tapıntı zərərsizləşdirilərək poliqona aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə