"Saratovlular, yalan məlumatlara inanmayın..!"

"Saratovlular, yalan məlumatlara inanmayın..!"

...Saratov vilayətinin bir sıra rayonlarının hakimiyyət orqanları sakinləri Ukrayna təxribat qrupunun bölgəyə daxil olması ilə bağlı saxta məlumatlara inanmamağa çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir neçə rayon icra başçısı saxtakarlıqla bağlı xəbərdarlıq mesajları dərc edib.

Belə ki, Puqaçevski rayonunun rəhbəri Aleksey Yanin bildirib ki, bu məlumatlar “xarici dövlətlərlə əlaqəli” mənbələr tərəfindən yayılmağa başlayıb.

...Ukrayna ilə əlaqəli təxribat qrupunun Saratov vilayəti ərazisinə daxil olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Bunu Yanin bildirib.

TASS xəbər verir ki, analoji mesajlar Ozinski rayonu, Bazarno-Karabulakski rayonu, Lisoqorski rayonu və Atkarski rayonu rəhbərlərinin Teleqram kanallarında da yer alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə