Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

...Moskvada terror aktı hazırlayan “Rusiya Könüllüləri Korpusu”nun (Rusiyada qadağan olunmuş terror təşkilatı-A.B.) tərəfdarı olan 27 yaşlı şəxs barəsində cinayət işi açılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, müttəhim ötən ilin oktyabrında “Rusiya Könüllüləri Korpusu” üzvləri ilə yazışmağa başlayıb. 2024-cü ilin iyununda o, terror aktı törətmək qərarına gəlib və bunun qarşısı alınıb.

...Ərazinin kəşfiyyatı, qaçış planının tərtib edilməsi, müşahidə və fotoşəkillərin çəkilməsi məqsədilə həmin şəxs Moskvanın şimal-qərbindəki hərbi komissarlığa gəlib, - deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.

...Bundan əvvəl Federal Təhlükəsizlik Xidməti Ukraynaya getməyi və “Rusiya Könüllüləri Korpusu”na qoşulmağı planlaşdıran Novqorod vilayəti sakininin dindirilməsinin videosunu nümayiş etdirib.

Kadrlarda gənc oğlan videonu internetdə tapdığını, Telegram kanalının linkini izlədiyini və bu kanal vasitəsilə Ukraynanın hərbiləşdirilmiş qüvvələrinə pul köçürməyə çalışdığını deyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə