Miqrantlara görə fövqəladə vəziyyət elan etməyi təklif etdilər...
...Almaniyanın ən böyük müxalifət partiyası olan “Xristian Demokrat İttifaqı”nın rəhbəri Fridrix Merz miqrantların qovulmasını sadələşdirmək üçün ölkədə fövqəladə vəziyyət elan etməyi təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.
Agentliyin məlumatına görə, Merz müvafiq təkliflə Almaniya kansleri Olaf Şolzla görüşü zamanı çıxış edib.
“Xristian Demokrat İttifaqı” rəhbərinin sözlərinə görə, Almaniyanın xarici sərhəddində sığınacaq üçün müraciət edən miqrantlar artıq ən azı bir Avropa İttifaqı ölkəsinə daxil olublar ki, bu da “onların qovula biləcəyini” göstərir.
...Avropa qanunlarına əsasən bu belə deyilsə, Avropa bunun necə işlədiyini izah etməlidir. Əgər Avropa qısa müddətdə vəziyyəti dəyişdirə bilmirsə, o zaman Avropa İttifaqının fəaliyyət göstərməsi haqqında Müqavilənin 74-cü maddəsinə əsasən, bizim haqqımız var - və indiki vəziyyətin fonunda, məncə, borcumuz var. - qaçqınlarla bağlı vəziyyətə görə milli fövqəladə vəziyyət elan etmək. Bu, Almaniya qanunvericiliyini Avropa İttifaqı qanunvericiliyindən üstün edəcək.
Bunu da Merz əlavə edib.
Bundan əlavə, o, Almaniyadakı qeyri-qanuni mühacirlərlə bağlı vəziyyəti dəyişəcək qanunvericiliyə müxtəlif düzəlişlərin qəbulunu zəruri adlandırıb.
Xatırladaq ki, Almaniyada qeyri-qanuni miqrantlarla bağlı vəziyyət avqustun 23-də Solingendə baş verən terror aktından sonra daha da pisləşib. Ehtimallara görə, bunu 2023-cü ildə Almaniyadan deportasiya edilməli olan Suriya vətəndaşı törədib. Bıçaqlı hücum nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB