“Bəli, mən Ukraynanın faşizm üzərində qələbəsini istəyirəm...”

Omsklı təqaüdçü yazdığı şərhlərə görə ev dustağı edilib
“Bəli, mən Ukraynanın faşizm üzərində qələbəsini istəyirəm...”

Omsk vilayətində 70 yaşlı təqaüdçü Anastasiya Qordienko müharibə əleyhinə fikirlərinə görə bir il yarım şərti cəzaya məhkum edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, OVD-İnfo insan haqları layihəsi bu barədə çərşənbə axşamı vəkil Andrey Oqnevə istinadən məlumat yayıb.

Qeyd edilir ki, təqaüdçü ordunu dəfələrlə “diskreditə etməkdə” təqsirli bilinib. Ona üç il müddətinə internet saytlarını idarə etmək qadağan edilib və iki il sınaq müddəti verilib.

Onu da qeyd edək ki, Qordienko Odnoklassniki-də şərhlər yazıb. Onlardan biri belədir: “Bəli, mən Ukraynanın faşizm üzərində qələbəsini istəyirəm, bəs nə?..”

Başqa şərhlərində təqaüdçü Putini, Rusiya ordusunu çox pis ifadələrlə təhqir edib.

Qdına qarşı ittihamda deyilir ki, bu şərhlər “prezidenti gözdən salır və Rusiyanı faşist dövləti kimi tanıdır”.

Yeri gəlmişkən, Anastasiya Qordienko 2023-cü ilin sentyabrında saxlanılıb, evində axtarış aparılıb. Həmin vaxtdan o, evini tərk etməmək şərti altındadır. Bundan əlavə, o, həkimə müraciət etmək üçün müstəntiqdən icazə almalıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə