Rusiya təkcə Ukrayna üzərində deyil, Qərb üzərində də qələbəyə yaxınlaşır...
...Düşünürəm ki, Rusiya həmişə danışıqlardan tamamilə imtina etmək fikrində olmadığını bildirib, lakin bu, Rusiyanın bütün bunlara son qoymaqda ümidsiz olduğu anlamına gəlmir.
Rusiya anlayır ki, hadisələr indi onun xeyrinə inkişaf edir, bu münaqişədə strateji üstünlük onun tərəfindədir. O, güclənir, Ukrayna isə zəifləyir. Amma Rusiya onu da bilir ki, Qərbin Ukraynanın baş tutmayacaq qələbəsinə siyasi sərmayə qoymasını nəzərə alsaq, bu münaqişə hər an nəzarətdən çıxa bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan zabiti Skot Ritter “Dialogue Works”-ə müsahibəsində deyib.
Təqaüdçü zabitə görə, Rusiya bu vəziyyəti son mərhələyə necə gətirəcəyini düşünərkən, lazımsız eskalasiyadan qaçmaq üçün Qərb eqolarını tarazlaşdırmağın yolunu axtarır. Deməli, biz burada həddindən artıq, deyək ki, siyasiləşmiş mühitdən danışırıq. Amma indi bu da bitmək üzrədir?..
Ritterin fikrincə, Ukraynanın Kursk bölgəsinə hücumu, əslində NATO adından Rusiyanın işğalını təşkil edir. Doğrudur, həm alyans, həm də ABŞ Kursk bölgəsinə hücumda iştiraklarını inkar etsələr də, bu, sadəcə olaraq, inandırıcı görünmür? Çünki onların əhəmiyyətli iştirak olmadan bu baş tuta bilməzdi...
Deməli, bu işğal danışıqlara son qoymuş olacaq. Və indi yalnız Ukrayna üzərində Rusiyanın qrafikinə uyğun baş verəcək strateji qələbə qalır.
...Və maraqlıdır ki, Ritterin iddiasına görə, bu qələbə təkcə Ukrayna üzərində deyil, həm də Qərb üzərində olacaq..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB