...Ukrayna prezidenti Vladimir Zelenski materik Rusiyanı müvəqqəti işğal olunmuş Krımla birləşdirən Krım körpüsünün mümkün dağıdılmasına münasibət bildirib. O, müvafiq bəyanatla “Ukrayna 2024. Müstəqillik” forumu çərçivəsində çıxış edib.
SİA-nın əldə etdiyi məlumata görə, jurnalist Zelenskiyə xatırladıb ki, Baş Kəşfiyyat İdarəsi bu yaxınlarda Krım körpüsü ilə bağlı planları açıqlayıb və gec-tez bu körpü dağıdılacaq.
Jurnalist Krım körpüsünün dağıdılmasının nə vaxt baş verə biləcəyi ilə bağlı ipucu soruşduqda, Zelenski cavab verdi ki, Baş Kəşfiyyat İdarəsinin informasiya məkanında gözlənilməz hərəkətlər etmək bacarığı var.
...Baş Kəşfiyyat İdarəsi informasiya məkanını təəccübləndirməyi bilir. Mən belə düşünürəm: əgər biz gec-tez nəyinsə baş verməsini istəyiriksə, əvvəlcə bunun baş verməsi lazımdır, sonra bu barədə danışaq, - deyə Ukrayna prezidenti bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB