Namibiya hökoməti əhalisini fil, begemot, camış və zebra ilə qidalandıracaq...?
...Namibiya hakimiyyəti vəhşi heyvanların ətini ehtiyacı olan yerli sakinlərə paylamaq üçün onları güllələmək qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, hazırda Namibiya, bir çox Afrika ölkələri kimi, şiddətli quraqlıq yaşayır və onun vətəndaşları, xüsusən də kənd yerlərində su və qida çatışmazlığı var.
Ekologiya Nazirliyi 723 heyvanı öldürməyi planlaşdırır. Bunlara 83 fil, 30 begemot, 60 camış, 300 zebra və müxtəlif antilop növləri daxildir.
Ov vəhşi heyvanların ya otlaq və ya su ehtiyatlarının olmadığı parklarda və şəhərətrafı ərazilərdə aparılacaq. Eyni proqrama əsasən, peşəkar ovçular və hökumətlə müqavilə bağlayan şirkətlər artıq 157 iri ot yeyən heyvanı öldürüblər. Yerli sakinlər 56 tondan çox ət alıblar.
Ekologiya Nazirliyi belə bir quraqlıqda insanlar və heyvanlar arasında qida və su uğrunda rəqabətin qaçılmaz olduğunu bildirib. Departament qeyd edib ki, mövcud təbii ehtiyatlar Namibiyalıların xeyrinə istifadə edilməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB