Mənə Rusiyaya qarşı Ukrayna ilə döyüşmək təklif edilir...

Mənə Rusiyaya qarşı Ukrayna ilə döyüşmək təklif edilir...

...Aleksandr Lukaşenko Respublika Pedaqoji Şurasında deyib ki, ona “Rusiyaya qarşı Ukrayna ilə döyüşmək” təklif olunub. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini BelTA dövlət agentliyi sitat gətirir.

...Mən istəyirəm ki, başa düşəsiniz: ölkə çox çətin dövrdə yaşayır, bu “ya-ya da” sualıdır. İndi bizə məsləhət görürlər, Rusiyaya arxa çevirməyimi istəyirlər.

O qeyd edib ki, ona “Rusiyaya qarşı Ukrayna ilə döyüşmək” təklif olunur və NATO qoşunlarının Smolenskə gətiriləcəyi barədə xəbərdarlıq edilib.

...Bu gün mənə hər tərəfdən təkliflər gəlir, biz 99 faiz qəbul edə bilmirik. Ona görə də istəyirəm ki, biz hansı vəziyyətdə olduğumuzu, hansı vəziyyətdə yaşadığımızı başa düşəsiniz.

Bunu da Lukaşenko əlavə edib.

Belarus rəhbərinin sözlərinə görə, bu gün onun deyə bilməyəcəyi çox şey var, çünki “bütün digər suallar onun suallarıdır”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə