Maldiv adalarında dövlət çevrilişinə cəhd olub

Maldiv adalarında dövlət çevrilişinə cəhd olub

Maldiv adalarının dövlət çevrilişinə cəhd edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə prezident Məhəmməd Muizzou bildirib.

O, bu barədə Maldiv adalarında hakim Xalq Milli Partiyasının partiya toplantısında çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, çevriliş cəhdi Maldiv Bankının xarici əməliyyatları qadağan etmək qərarı ilə bağlı olub və sonradan bu qərar ləğv edilib. Muizzu bütün sui-qəsdçilərin məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.

Bundan əlavə, prezident çevrilişdən bankın probleminin həlli üzərində işlədiyi vaxt xəbər tutduğunu əlavə edib. O, həmçinin bildirib ki, Maldiv Bankı onun məsləhətinə zidd olaraq xarici əməliyyatları qadağan etmək qərarına gəlib.

Bundan əvvəl Konqo prokurorluğu 50 çevrilişçinin edam cəzasına məhkum edilməsini tələb etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə