...Rusiya ordusu Kursk vilayətinin müdafiəsi üçün 1950-ci illərdən qalma 130 mm-lik M-46 haubitsalarından istifadə etməyə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, silahların görüntüləri Rusiya Müdafiə Nazirliyi tərəfindən göstərilib və Agentlik artilleriyaya diqqət çəkib.
...Kadrlar Kursk vilayətinin sərhəd bölgəsində “Sever” qoşun qrupunun M-46 silahlarının ekipajlarının döyüş işlərini göstərir. M-46 silahlarının ekipajları Ukrayna Silahlı Qüvvələrinin mobil zirehli dəstələrini məhv etmək üçün Kursk vilayətinin sərhəd rayonlarında atəş mövqelərini təchiz ediblər.
Bu, Rusiya Hərbi İdarəsinin press-relizində deyilir.
Deyilənlərə görə, əvvəllər belə haubitsalar cəbhənin digər sektorlarında da istifadə olunurmuş.
Qeyd edək ki, 130 mm-lik M-46 silahı 1951-ci ildə xidmətə girib. Ötən əsrin 70-ci illərinin ortalarında SSRİ bu haubitsanı 152 mm-lik Giatsint-B topu ilə əvəz edib.
...Rusiya Ukrayna ilə müharibə zamanı ağır artilleriya itkiləri fonunda haubitsa anbarını yenidən aktivləşdirməyə başlayıb. ...Yenə də deyilənlərə görə, tam miqyaslı işğalın başlanğıcında hərbi anbarlarda 665 M-46 haubitsa saxlanılırdı. Yayda Rusiya ordusu bu silahların yenidən işə salınma sürətini artıraraq, bütün ehtiyatların yarısını cəbhəyə çatdırıb.
Forbes-in aydınlaşdırdığı kimi, Rusiya bu cür silahlar üçün mərmiləri özü istehsal etmədiyi üçün Şimalı Koreya və ya İrandan idxal edə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB