...Müxalifət 2014-cü ildə növbədənkənar seçkilərin keçirilməsi və milli birlik hökumətinin yaradılması ilə bağlı hakimiyyətlə razılaşmaları yerinə yetirsəydi, Ukrayna 1991-ci il sərhədlərini qoruyub saxlayacaqdı.
SİA RBC-yə istinadən xəbər verir ki, Kiyevin öz sərhədlərini saxlamaq şərtini Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
O, 2014-cü ilin fevralında Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələrinin imzaladığı sazişləri xatırladıb.
Xatırladaq ki, həmən ərəfədə müəyyən edilmiş razılaşmalar yerinə yetirilmədi, nəticədə respublika başçısı Ukrayna ərazisini tərk etdi.
...Söhbət ondan gedirdi ki, onlar milli birlik hökuməti və milli seçkilər yaradacaqlar. Ertəsi gün səhər bu razılaşma ABŞ və Qərb dövlətlərinin təhriki ilə müxalifət tərəfindən pozuldu. Əgər onlar bu razılaşmanı yerinə yetirsəydilər, Ukrayna indi Krım da daxil olmaqla 1991-ci il sərhədləri daxilində olardı.
...Lavrov deyib bunu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB