Türkiyə XİN Banqladeşdə baş verən daşqınlarla bağlı bəyanat yaydı
Türkiyə Banqladeşdə baş verən daşqınlar nəticəsində həyatını itirənlər ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Banqladeşdə baş verən son daşqınların ciddi fəsadlara səbəb olduğu bildirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bəyanatda bu ifadələrə yer verilib: “Həyatını itirənlərə Allahdan rəhmət diləyir, dost və qardaş Banqladeş xalqına başsağlığı veririk”.
Qeyd edək ki, 4,5 milyon insana mənfi təsir göstərən daşqınlar nəticəsində onlarla insan həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB