Fransanın TGV sürət qatarı Belçikada traktora çırpılıb və Brüssel-London-Amsterdam dəmir yolu hərəkəti ciddi şəkildə pozulub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Lill şəhərindən Brüsselə gedən TGV sürətli qatarı səhər saatlarında Belçikanın Tournai şəhəri yaxınlığında keçiddə dayanan traktorun qoşqusuna çırpılıb.
Yol işləri ilə əlaqədar qatar 1-ci xətt əvəzinə 94-cü xətt üzrə daha yavaş hərəkət edərək traktorun uzun məsafəyə dartılmasına səbəb olub. Traktor sürücüsünün atlayaraq xilas olduğu qəzada qatarda olan 2 sərnişin yaralanıb. Qəza səbəbindən sözügedən qatar xətti qeyri-müəyyən müddətə bağlanıb.
120 sərnişin avtobuslarla təxliyə edilərkən, bölgəyə çoxlu təcili yardım maşınları göndərilib. Qəza, son həftələrdə yol işləri ilə əlaqədar eyni xəttdən istifadə edən "Eurostar" şirkətinin Brüssel-London-Amsterdam yüksək sürətli qatarlarında iki dəfəyə qədər fasilələrə səbəb olub. "Eurostar", kəsilən xətlərdə səyahət edənlərin biletlərini dəyişdirə və ya geri qaytara biləcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB