ABŞ-da yeni virus insanları təşvişə salıb

ABŞ-da yeni virus insanları təşvişə salıb

ABŞ yeni virusa qarşı alarm çalır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Massaçusets ştatının bəzi yerlərində yayılan xəstəliyə yoluxanların 30 faizi dünyasını dəyişib və müalicəsi hələ də işlənib hazırlanmayıb. Xəstəlikdən sağ çıxanlar isə bəzi nevroloji problemlərlə qarşılaşa bilərlər.

“Washington Post” qəzetinin məlumatına görə, Massaçusets ştatının səhiyyə departamentinin rəsmilərindən Robbi Qoldşteyn ağcaqanadların yaydığı şərq at ensefaliti virusu ilə bağlı mətbuata açıqlama verib. Qoldşteyn virusun Bostonun qərbindəki Worcester bölgəsində 80 yaşlarında bir insanda görüldüyünü təsdiqləyib. Bunun bu il əyalətdə ilk hadisə olduğunu bildirən Qoldşteyn, virusun yayılmasının qarşısını almaq üçün tədbir gördüklərini ifadə edərək, hər kəsi xəstəliklə mübarizə üçün əllərindən gələni etməyə çağırıb.

Xəstəliyin simptomlarına yüksək hərarət, baş ağrısı, qusma, ishal və yuxululuq daxildir. Xəstəliyin hələ də müalicə üsulu yoxdur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə