Karxananın çökməsi 9 nəfərin həyatına son qoydu

Karxananın çökməsi 9 nəfərin həyatına son qoydu

Zambiyada karxananın çökməsi nəticəsində 9 nəfərin öldüyü bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, polis sözçüsü Rae Hamoonqa mətbuata verdiyi açıqlamada, paytaxt Lusakanın təxminən 50 kilometr şərqində, Chongwe şəhərində qeydiyyata alınmayan bir karxanada çökmə baş verdiyini söyləyib.

Hamoonqa çökmə nəticəsində 9 nəfərin həyatını itirdiyini, bir nəfərin isə yaralanaraq xilas olduğunu qeyd edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

2023-cü ilin dekabrında Zambiyanın şimalında açıq mis mədənində baş verən çökmə nəticəsində 30-a yaxın mədənçi həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə