Sudanda daşqınlar nəticəsində ölənlərin sayı artıb

Sudanda daşqınlar nəticəsində ölənlərin sayı artıb

İyun ayından bəri Sudanda həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 132-yə yüksəldiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hökumətə bağlı Payız Təcili Tibbi Yardım Stansiyasından verilən açıqlamada, ölkənin 18 əyalətinin 10-da iyun ayından bəri davam edən həddindən artıq yağış və daşqınlarda ölənlərin sayının 132-yə çatdığı bildirilib.

Açıqlamada daşqınlardan zərər çəkənlərin sayının 129 min 650-yə yüksəldiyi bildirilib və 12 min 420 evin tamamilə, 11 min 472 evin isə qismən dağıldığı paylaşılıb.

Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlı dövrdə baş verən daşqınlarda hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsi zərər görür.

Bütün xəbərlər Facebook səhifəmizdə