Trampdan 3-cü Dünya Müharibəsi xəbərdarlığı

Trampdan 3-cü Dünya Müharibəsi xəbərdarlığı

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Ukraynanın Rusiya ərazisində irəliləməsinin dünya müharibəsinə səbəb ola biləcəyini iddia edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Detroitdə ABŞ Milli Qvardiya Assosiasiyasının konfransında çıxış edən Tramp dünyanın bir çox yerlərində mövcud xaosun ABŞ-ın Əfqanıstandan çıxarılması ilə başladığını müdafiə edib.

Əfqanıstandan çəkildiyi günü Amerika tarixində ən biabırçı gün kimi xarakterizə edən Tramp bu inkişafın bütün dünyada münaqişələrə səbəb olduğunu bildirib. Tramp Əfqanıstandan çəkilmənin rüsvayçılığının ABŞ-a olan inamı məhv etdiyini vurğulayıb. ABŞ-ın Əfqanıstanda 85 milyard dollar dəyərində silah və hərbi texnika buraxdığını vurğulayan Tramp Əfqanıstanın dünyanın ən çox silah satan ölkələrindən birinə çevrildiyini qeyd edib.

Tramp dünyanın böyük qarışıqlıq içərisində olduğunu və hərkətə keçilmədiyi təqdirdə III dünya savaşının çıxacağını bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə