Bayden və Hindistanın Baş naziri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Bayden və Hindistanın Baş naziri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Cozef Baydenlə telefonla Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib. SİA xəbər verir ki, bu barədə Baş nazir X sosial hesabında yazıb.

“Mən ABŞ Prezidenti Baydenlə telefonla danışdım, müxtəlif regional və qlobal məsələlər, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq. Bir daha qeyd etdim ki, Hindistan sülh və sabitliyin tezliklə bərpasını tam dəstəkləyir”, - deyə o bildirib.

"Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik. Bu ölkədə normal həyatın tez bir zamanda bərpa edilməsinin vacibliyini vurğuladıq", - deyə Hindistan hökumətinin başçısı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə