...Ermənistandan Bolqarıstana gələn turistlər son vaxtlar vaxtaşırı Bolqarıstan sərhədçilərinin kobud və təhqiredici münasibətindən şikayətlənirlər.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, erməni turistlər hava limanında saatlarla gözləməyə məcbur edilir, onlara lağ edilir, bir çoxlarını isə ölkəyə buraxmırlar.
...Deməli, erməni turist Aram Mnatsakanyan da Bolqarıstana buraxılmayanlardan olub.
...Yenə deməli, Aram Bolqarıstan səfirliyində Şengen vizası alıb və avqustun 7-də dostu ilə birlikdə Sofiyaya uçub. Sofiya hava limanında sərhədçilər onların pasportlarına möhür vurmaqdan imtina edib, onları ayrıca otağa aparıblar, üç saat orada saxlayıblar, bundan sonra ölkəyə buraxılmayıblar.
Aram ermənicə and da içir ki, sənədləri ilə hər şey qaydasında olub. Heç bir pozuntu, problem olmadan viza alıbmışlar. Amma Bolqarıstan paytaxtından geri qaytarılıblar, özü də Ermənistana növbəti uçuşu dörd gün qeyri-insani şəraitdə dolu bir otaqda gözləməklə keçiriblər.
...Bənzər hadisə igər bir erməni David Bağdasaryan və onun həyat yoldaşının da başına gəlib. Onlar da, dediklərinə görə, bir neçə saat ərzində aeroportda saxlanılıblar. Onlara lağ ediblər, Bolqarıstan vasitəsilə başqa bir ölkəyə getməməsi öhdəliyinə abunə olmağı tələb ediblər(?).
...Ona görə də, David Bağdasaryan da Aram Mnatsakanyan kimi erməniləri Bolqarıstana getməməyə çağırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB