Ukraynadakı münaqişə Alyaska balıqçılığının iflasına səbəb oldu...
...Ukrayna münaqişəsi nəinki Avropanın borc bazarlarına təsir etdi, həm də Vaşinqtonun müxtəlif rus mallarının idxalına qadağalar tətbiq etməsinə də səbəb oldu: almazdan tutmuş ta ki, arağq qədər...
SİA-nın əldə etdiyi məlumata görə, bunu Bloomberg yazır.
...Və bu həftə Alyaskada bir balıqçılıq biznesinin iflasına da səbəb olub.
Belə ki, Whittier Seafood şirkəti və onun Alyaska, eləcə də Vaşinqtondakı törəmə şirkətləri avqustun 19-da Ankoricdə müflis olmaq üçün müraciət ediblər.
Qeyd edək ki, Rusiya hakimiyyəti Rusiya xərçəng tədarükçüsünə nəzarəti ələ keçirdikdən bir neçə ay sonra şirkət məhkəmə müdafiəsi istəyib.
Onu da qeyd edək ki, dünyadakı kral və dərin dəniz xərçəngi tədarükünün əksəriyyəti tarixən Rusiya sularında tutulurdu, lakin Ukrayna münaqişəsi başlayandan bəri Whittier Seafood-un törəmə şirkəti olan Marine Fishing International Rusiya təchizatından kəsilib.
Qəfil şok Alyaskanın balıqçılıq sənayesini sınaqdan keçirmiş xərçəng və qızılbalıq populyasiyalarının illərlə azalmasından sonra baş verir.
...Whittier Seafood indi borcunu restrukturizasiya etmək və bir sıra aktivlərini satmaq niyyətindədir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB