Ərdoğan müxalifət liderini məhkəməyə verib

Ərdoğan müxalifət liderini məhkəməyə verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Tuncay Özkanı məhkəməyə verib, ona dəyən mənəvi zərərin ödənilməsini tələb edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

...CHP-nin İzmirdən olan millət vəkili Tuncay Özkanın prezidentə ünvanladığı əsassız və yersiz ifadələri ilə bağlı 250 min türk lirəsi (7,3 min dollardan çox – A.B.) mənəvi təzminat tələbi ilə bağlı iddia qaldırılıb.

Bunu vəkil deyib.

Qeyd olunur ki, dövlət başçısını təhqir etmək ittihamı ilə Ankara prokurorluğuna da bəyanat verilib. Ərdoğan mütəmadi olaraq opponentlərini məhkəməyə verir və o, məhkəmələrdə qazandığı pulları xeyriyyə işlərinə bağışlayır.

Bundan əvvəl Ərdoğan bildirib ki, Ankara Türkiyə parlamentində çıxış etməkdən imtina edən Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasdan üzrxahlıq gözləyir. Ərdoğan Türkiyə tərəfinin Fələstin rəhbərinin səfərini gözlədiyini, lakin o, gəlmədiyini vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə