AI mütəxəssislərinin karyeralarının ən yüksək nöqtəsi hesab etdikləri şey
Maaş birinci yerdə deyil..?

...Rus maşın öyrənməsi mütəxəssisləri və süni intellekt tərtibatçıları üçün işəgötürən seçərkən yüksək maaş əsas meyar olmadığı ortaya çıxdı.

SİA-nın əldə etdiyi məlumata görə, bunu VK və ITMO Universitetinin Elmi Kommunikasiya Mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərib.

Belə ki, sorğuda iştirak edən mütəxəssislərin 70 faizi bildiriblər ki, onları ilk növbədə maraqlı, qeyri-trivial problemləri həll etmək imkanı cəlb edir.

Onlar karyeralarının kulminasiya nöqtəsini sənayeni dəyişdirəcək texnologiyalar yaratmaqda görürlər. Sorğuda iştirak edən mütəxəssislərin daha 55 faizi dünya şöhrətli məhsul və ya xidmət yaratmaq arzusunu ifadə edib.

Respondentlərin 48 faizi yüksək əmək haqqı kimi üstünlüyün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda, top menecer olmaq perspektivi ML mütəxəssislərinin 37 faizini, öz biznesinin sahibi olmaq – 32 faiz və elmi mükafat laureatı – 31 faizini cəlb edir, ML sahəsində şirkət liderliyi respondentlərin 23 faizini motivasiya edir.

Sorğunun nəticələrinə əsasən, VK AI HR direktoru Yekaterina İvanova qeyd edib ki, rusiyalı ML tərtibatçıları üçün dərhal populyar həllər deyil, şırınga səngidikdə belə aktual və faydalı olan texnologiyalar yaratmaq vacibdir.

...Sorğuda 300 respondent iştirak edib - kiçik mütəxəssislərdən tutmuş maşın öyrənmə sahələrinin menecerlərinə və direktorlarına qədər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə