Fransa prezidenti Emmanuel Makron Telegram messencerinin qurucusu Pavel Durovun “davam edən məhkəmə istintaqı çərçivəsində” Fransada saxlanıldığını bildirib.
...Bu, heç bir halda siyasi qərar deyil. Qərarı hakimlər verməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, Fransa prezidenti bunu avqustun 26-da günortadan sonra X sosial şəbəkəsində yazıb.
Emmanuel Makron qeyd edib ki, Fransa söz azadlığını dəstəkləyir.
...Mən burada Pavel Durovun saxlanmasından sonra Fransa haqqında yalan məlumat oxuyuram. Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa həmişəkindən daha çox sadiqdir. Belə qalacaq. Qanunun aliliyi çərçivəsində real həyatda olduğu kimi sosial mediada da vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi üçün qanunla müəyyən edilmiş çərçivədə azadlıqlar həyata keçirilir. Qanunun icrası tam müstəqilliyə malik olan məhkəmələrə həvalə olunub.
Qeyd etdiyimiz kimi, Makron deyib bunları.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB