İranın xarici işlər naziri Abbas Ərakçı Tehrana səfər edən Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, Tehranda baş tutan görüş mətbuata qapalı keçirilib.
Görüşdən sonra mətbuat konfransının keçirilməyəcəyi bildirilib.
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani Tehrana səfəri çərçivəsində İran prezidenti Məsud Pezeşkiyanla da görüşəcək.
Qəzza zolağına qarşı hücumlarını davam etdirən İsrail və ''Həmas'' arasında atəşkəs danışıqlarına Qətər ev sahibliyi edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB