Rusiyanın bir sıra regionlarında məktəblilər 10-cu sinfə qəbul edilmir

Rusiyanın bir sıra regionlarında məktəblilər 10-cu sinfə qəbul edilmir

Rusiyanın bir sıra regionlarından olan valideynlər övladlarını 10-cu sinfə yazdırmaq mümkünsüzlüyü ilə üzləşib.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı bazar ertəsi, avqustun 26-da “Kommersant” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bu, Rusiyada yeni dövlət təhsil standartının tətbiq edilməsi ilə əlaqədardır ki, bu da məktəblərə onuncu sinfə uşaqları öz meyarlarına uyğun seçmək imkanı verir. Nəticədə bəzi şagirdlər ixtisas siniflərinə, o cümlədən oxuduqları məktəblərə qəbul oluna bilməyib, ümumi təhsil siniflərində isə yer qalmayıb.

“Moskva valideynləri” (“Родители Москвы”) ictimai hərəkatının sədri İlona Menkova bildirib ki, bununla bağlı kömək üçün onlara 50-yə yaxın insan müraciət edib.

Onlar bildiriblər ki, məktəb rəhbərləri seçilməyən övladlarının kollecə göndərilməsini tövsiyə ediblər.

Menkova təklif edib ki, bəzi valideynlər 10-cu sinfə qəbul üçün mübarizə aparmayıb və övladları ali məktəbə gediblər.

“Kommersant” yazır ki, Çelyabinsk və İrkutsk vilayətlərində, eləcə də Krasnodar diyarında valideynlər də övladını 10-cu sinfə yazdırmağın mümkünsüzlüyü ilə üzləşiblər. Bir sıra hallarda qeydiyyata yalnız prokurorluğa müraciət etdikdən sonra nail olunub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə