Qəzzada ölənlərin sayı 40 min 435-ə yüksəlib

Qəzzada ölənlərin sayı 40 min 435-ə yüksəlib

İsrailin ölüm yağdırdığı Qəzzada can itkisi 40 min 435-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail oktyabrın 7-də başladığı hücumlarını fasiləsiz davam etdirir.

Mülki yaşayış məntəqələrini yerlə-yeksan edən, fələstinliləri qətlə yetirən İsrail ordusu bölgədə soyqırım tədbirləri həyata keçirir. Fələstin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 2 hücumda 33 mülki vətəndaşın həyatını itirdiyini, 66 mülki vətəndaşın isə yaralandığını bildirib. İsrailin 325 gündür davam edən hücumlarının balansının da yer aldığı açıqlamada can itkisinin 40 min 435-ə, yaralı sayının isə 93 min 534-ə yüksəldiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə