3 terrorçu zərərsizləşdirilib

İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində 1 PKK terrorçusu, Suriyanın şimalındakı "Sülh çeşməsi" bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Mehmetçik terrorçuları xəndəklərə basdırmağa davam edir! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalında “Pəncək-kilid” əməliyyatı bölgəsində müəyyən edilən 1 PKK terrorçusu, Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Harada olurlarsa olsunlar, Mehmetçik terrorçuların boğazında nəfəs almağa davam edəcək!”.

Bütün xəbərlər Facebook səhifəmizdə