Qırmızı vərəqə alan oyunçu bıçaqlandı - Argentinada dəhşət

Qırmızı vərəqə alan oyunçu bıçaqlandı - Argentinada dəhşət

Argentinada "Defensores de Alto Verde" və "Santa Fe Football" komandaları arasında keçirilən Santafesina Liqa matçında futbolçu rəqib futbolçunu bıçaqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, futbol matçının 26-cı dəqiqəsində futbolçu qırmızı vərəqə alıb. Rəqib komandanın ehtiyat oyunçular skamyasından daha bir futbolçu meydana daxil olaraq qırmızı vərəqə alan futbolçunun qulağına bıçaq zərbəsi endirib.

Hadisə böyüdükcə gərginlik tribunalara yayılıb və iki komandanın azarkeşləri arasında dava düşüb. Stadionda təhlükəsizlik təmin olunmadığından hakim matçı başlatmayıb.

Bıçaqlanan futbolçu bildirib: "Qırmızı vərəqə aldım və meydanı tərk edirdim. Birdən ağrılar hiss etdim və qulağım qanamağa başladı. Bıçaqlandığımı anladım. Bir santimetr dərinə getsəydi, ölə bilərdim".

Hadisə yerinə gələn sağlamlıq qrupları dərhal müdaxilə edərək futbolçuya tibbi yardım göstərib. Hücuma məruz qalan futbolçu hücumçudan şikayətçi olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə