Ukrayna ordusu Rusiyanın çoxsaylı raket və pilotsuz uçuş aparatları ilə hücumlarına qarşı xəbərdarlıq edərkən, Kiyevin mərkəzində işdən əvvəl gərgin saatlarda partlayış səsləri eşidilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 11 TU-95 strateji bombardmançı təyyarəsinin havaya qalxdığını və raketlərin atıldığını açıqlayıb. "Reuters" müxbirləri Kiyevin kənarında fəaliyyət göstərən hava hücumundan müdafiə sistemlərinin səslərini eşidiblər.
Regional rəsmilər ölkənin şimal-qərbindəki Lutsk şəhərində partlayışların baş verdiyini, bir yaşayış binasının zədələndiyini və mümkün itkiləri təsdiqləməyə çalışdıqlarını bildiriblər. Rusiya Ukraynanın qərbində Polşa sərhədi yaxınlığında hücuma keçdikdən sonra Polşa silahlı qüvvələrinin Əməliyyat Komandanlığı X-dakı yazısında Polşa və müttəfiqlərinin hərbi hava qüvvələrinin fəaliyyətə keçdiyini bildirib. Ukrayna ordusu Rusiyanın iki dəfə PUA hücumu həyata keçirdiyini və dağıntı və ya itki barədə hələ məlumat verilmədiyini açıqlayıb.
Kiyev hərbi idarəsinə cavabdeh olan Serhiy Popko "Telegram"da verdiyi açıqlamasında bildirib ki, saat 05:30-da Kiyevə doğru gələn təxminən 10 PUA şəhər yaxınlığında məhv edilib. Rusiya hələlik hücumla bağlı açıqlama verməyib. Hər iki tərəf hücumların qarşı tərəfin döyüş qabiliyyəti üçün vacib olan infrastrukturları məhv etmək məqsədi daşıdığını bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB