Yolu bağlayan silahlı şəxslər sərnişinlərə hücum edib - 23 ölü var

Yolu bağlayan silahlı şəxslər sərnişinlərə hücum edib - 23 ölü var

Pakistanın Bəlucistan əyalətində silahlı şəxslərin sərnişinlərə qarşı törətdiyi terror aktı nəticəsində ən azı 23 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan mətbuatının məlumatına görə, gecə saatlarında Musaxel rayonunun Raraşam bölgəsində yolu bağlayan silahlı şəxslər sərnişinləri avtobus və yük maşınlarından boşaldıb, şəxsiyyət vəsiqələrini yoxlayıb, sonra isə onlara atəş açıb.

Hücumda ən azı 23 sərnişin həyatını itirib, 10 avtomobil yandırılıb. Terrorçuların şəxsiyyət yoxlaması zamanı Pəncabdan olan sərnişinləri öldürdüyü bildirilib. Əraziyə gələn polis və ilk yardım qrupları cəsədləri və yaralıları yaxınlıqdakı xəstəxanalara təhvil verib. Pakistan prezidenti Asif Əli Zərdari və Pakistanın baş naziri Şahbaz Şərif də hadisəni pisləyib və terrorla mübarizədə qətiyyət mesajı veriblər. Baş nazir Şahbaz Şərif də terrorçuların cəzalandırılacağını bəyan edib. Bəlucistanın baş naziri Sərfaraz Buqti də dinc sakinləri hədəf alan terror aktını pisləyib və terrorçuların tutulacağını bildirib. Aprel ayında Bəlucistanın Noşki rayonunda da oxşar terror aktı törədilib və Pəncabdan gələn 9 sərnişin terrorçular tərəfindən öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə