İsrailin hücumları nəticəsində Yəməndə 800 min litr yanacaq məhv edilib - BMT
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı İsrailin 20 iyulda Yəmənə hücumu ilə 800 min litr yanacağın məhv edildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin hücumlarına toxunan hesabatda Hudeyda limanına endirilən hava zərbələri nəticəsində 800 min litr yanacağın məhv edildiyi qeyd edilib.
İsrail iyulun 20-də axşam saatlarında husilərin nəzarəti altında olan Qırmızı dəniz sahilində yerləşən Hudeyda limanına da hava hücumu həyata keçirib. Yəmən səlahiyyətliləri daha əvvəl hücumda 6 nəfərin öldüyünü, onlarla insanın yaralandığını açıqlamışdı. Hudeyda Limanına hücumdan sonra liman və neft anbarlarında həyatını itirən 9 işçinin cəsədi tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB