HƏMAS İsrailin yeni atəşkəs şərtlərini rədd edir

HƏMAS İsrailin yeni atəşkəs şərtlərini rədd edir

İsrail və HƏMAS arasında əsir mübadiləsi də daxil olmaqla Qəzza zolağında atəşkəs üçün diplomatik səylər davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirədə keçirilən son danışıqlarla bağlı açıqlama verən HƏMAS İsrailin atəşkəs üçün təklif etdiyi yeni şərtləri rədd etdiyini açıqlayıb. HƏMAS heyətinin vasitəçilərdən danışıqların son raundu ilə bağlı məlumat aldıqdan sonra Qahirəni tərk etdiyi bildirilib və HƏMAS-ın iyulun 2-də ABŞ prezidenti Co Baydenin elan etdiyi və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən atəşkəs təklifinə sadiq olduğu vurğulanıb.

HƏMAS vurğulayıb ki, istənilən razılaşma daimi atəşkəs, İsrailin Qəzza zolağından tamamilə çıxarılması, qəzzalıların öz evlərinə qayıtma imkanları, yardım və yenidənqurma işləri, məhbuslarla məhbus mübadiləsini əhatə etməlidir.

HƏMAS-ın son təklifə cavabını vasitəçilərə çatdırdığını bildirən Həmdan ABŞ-ın tezliklə razılaşma əldə ediləcəyi ilə bağlı açıqlamalarının yanlış olduğunu bildirib. HƏMAS-ın yüksək rütbəli rəsmisi İzzat Əl Raşik bildirib ki, onlar hər hansı bir razılaşmada daimi atəşkəs və İsrailin Qəzzadan tamamilə çıxarılmasını ehtiva etməlidir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə